İdlib vuruldu: 17 dinc sakin həlak olub
00:13 11 İyun 2018
Suriyanın İdlib vilayətinə növbəti hava zərbələri endirilib.
Bu barədə "Anadolu" agentliyi xəbər verib.
Xəbərdə bildirilir ki, hücum nəticəsində 17 nəfər həlak olub. Onların hamısının dinc sakinlər olduğu bildirilir.
Qeyd edilir ki, hava zərbələri Bəşşar Əsədə məxsus hərbi hava qüvvələri tərəfindən Binneş, Teftenaz və Arix yaşayış məntəqələrinə endirilib. Hava zərbələrinə həmçinin Ram Həmdan və Binneş kəndləri də məruz qalıb.İdlibin mülki müdafiə qüvvələrinin nümayəndələri Teftenazda uşaq xəstəxanasına zərbələrin endirilməsini təsdiqləyiblər. Bildirilib ki, zərbələr nəticəsində 3-ü uşaq olmaqla, 5 nəfər həlak olub. Bu yaşayış məntəqəsində iyunun 10-da ümumilikdə 13 nəfər həlak olub. Arixdə 2 nəfər, Binneş və Ram Həmdanda isə 1 nəfər həlak olub.
Hava zərbələri nəticəsində yaralananlar da var. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Xatırladaq ki, iki gün əvvəl İdlibin bombalanması nəticəsində 49 nəfər ölüb.
Oxunub: 1094
Oxşar xəbərlər
- Rusiya Silahlı Qüvvələri İdlibə hücum edib, 7 nəfər ölüb
- Rusiya qırıcıları İdlibi bombalayıb, 5 mülki şəxs ölüb, 4-ü yaralanıb
- Bəşşar Əsəd silahlıları İdlibə raket atıb, 6 nəfər ölüb, 6-sı yaralanıb
- Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
- Rusiya Türkiyə hərbçilərinin İdlibdə öldürülməsi ilə bağlı açıqlama verdi
- Ərdoğan və Putin İdlibi müzakirə ediblər
- Rusiyalı general: Türkiyə İdlibdə aktivdir
- İdlibdə partlayış, 15 ölü, 30 yaralı
- Zaxarovadan İdlib açıqlaması: Türkiyə ilə çalışırıq...
- İdlibdə növbəti partlayış - 4 ölü, 11 yaralı