Xırdalanda bədbəxt hadisə - 9 yaşlı uşağı maşın vurdu


13:17     11 İyun 2018 2018/06/usaq-piyada_1528696076.jpg

Bakı-Sumqayıt şosesində 9 yaşlı uşağı avtomobil vurub.

Femida.az report.az-a istinadən bildirir ki, hadisə Abşeron rayonunda baş verib.

Bakı-Sumqayıt şosesinin Xırdalan şəhəri ərazisinə düşən hissəsində 2009-cu il təvəllüdlü Mustafayev Nuran Hacı oğlu qaçaraq yolu keçmək istəyərkən onu sürətlə gələn avtomobil vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları sürücünü məsuliyyətə cəlb edib.

Femida.az

Açar sözlər: #Bakı-Sumqayıt   #Abşeron   #Piyada  

Oxunub: 2178