Muzdla çalışanların maaşı artıb
14:53 11 İyun 2018
2018-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1538,2 min nəfər olub, onlardan 887,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 651,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, muzdla işləyənlərin 21,6 faizi təhsil, 19,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,7 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2018-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq 538,8 manat olub.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Femida.az
Oxunub: 1218
Oxşar xəbərlər
- KİV: "Suriyalı muzdlular Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya gediblər"
- KİV: “Rusiya “Hizbullah”ın 800 muzdlusunu döyüşlərə cəlb edir”
- Baş Qərargah: “Rusiya “Hizbullah” muzdlularını Ukraynada döyüşlərə cəlb edir”
- Prezident: “Füzuli Beynəlxalq Hava Limanı bizim birgə uğurumuzdur” - VİDEO
- Bakıda muzdlu işçilərin maaşı 948 manat olub
- Bakıda muzdla çalışan işçilərin sayı və maaşı məlum olub
- Bakıda muzdlu işçilərin maaşı azalıb
- Qarabağda döyüşən muzdlunun məhkəməsində ittiham aktı elan edilib
- Qarabağda döyüşmüş livanlı muzdlu terrorçu 20 il müddətinə azadlıqdan məhrum edilib
- Prokuror Qarabağda döyüşən livanlı muzdlu terrorçuya 20 il cəza istəyib