Bakıda silahlı insident - Şübhəli şəxs polisə təslim oldu


16:57     11 İyun 2018 publraf.com1423305887hebs-a.jpg

Daxili İşlər Nazirliyi Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.



Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyunun 8-də Yasamal rayonu ərazisindəki yeraltı avtomobil dayanacaqlarının birində Bakı şəhər sakini Rafət Nərimanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə Nizami Qasımovun çiyin nahiyəsinə xəsarət yetirib.

Nəticədə N.Qasımov xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

R.Nərimanov könüllü olaraq Yasamal RPİ 28-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub, hadisəni törədərkən istifadə etdiyi “BPO-208” markalı tüfəngi təhvil verib.

Femida.az

Açar sözlər: #DİN   #Tüfəng   #Çiyin   #Cinayət  

Oxunub: 1568