Oğurluq edən 7 nəfərlik dəstə tutulub


17:33     11 İyun 2018 hebs.jpg

Buzovnada oğurluq edən 7 nəfərlik dəstə tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 9-da Xəzər rayonunun Buzovna qəsəbəsindəki evlərin birindən 23 manat, 300 manat dəyərində qızıl boyunbağı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən 7 qəsəbə sakini saxlanılıb.

Açar sözlər: #DİN  

Oxunub: 1171