Narkotacir iş başında yaxalandı - FOTOLAR


19:32     11 İyun 2018 2018/06/34875-1528715244_4586150394.jpg

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Zərdab RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Gəray Yusifov saxlanılıb. G. Yusifov 1 kiloqram 345 qram narkotik vasitə olan marixuananı 500 manata satarkən yaxalanıb. Faktla bağlı araşdırma aparılır.





Femida.az

Açar sözlər: #Polis   #DİN   #Həbs   #Narkotik  

Oxunub: 1109