İstanbulda SOCAR-ın yeni binası açılıb
22:09 11 İyun 2018
İstanbulda SOCAR-ın yeni binasının açılış mərasimi keçirilib.
Femida.az-ın Türkiyə bürosunun məlumatına görə, mərasimdən əvvəl iştirakçılar Heydər Əliyevin İstanbulun Sarıyer rayonundakı heykəlini ziyarət ediblər.
Mərasimdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev 2008-ci ildən Türkiyədə enerji sahəsində qoyulan investisiyalara toxunub. O bildirib ki, hazırda bu sahədə xarici sərmayələrə görə, Türkiyədə birinci yeri Azərbaycan tutur.
SOCAR prezidenti iyunun 12-də iki ölkənin dövlət başçılarının iştirakı ilə TANAP-ın açılışının keçiriləcəyini xatırladıb.
R. Abdullayev SOCAR-ın Türkiyədə uzun müddət fəaliyyət göstərməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. O əlavə edib ki, qurum iqtisadi sahədən başqa, təhsil, mədəniyyət və digər sahələrdə də töhfə verə bilər. SOCAR prezidenti bu ilin sonunda İzmirin Əliağa yarımadasında PETKİM neftayırma zavodunun açılacağını deyib.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib ki, bu gün Azərbaycanla Türkiyə arasında əlaqələrin yaranmasından 100 il bir həftə keçir. Səfir hazırda Türkiyə ilə Azərbaycan arasında münasibətlərin dünyada misli-bərabəri olmadığını diqqətə çatdırıb.
Mərasimdən sonra iştirakçılar binada təşkil edilən neft-sənaye sərgisi ilə tanış olublar.
Femida.az
Oxunub: 1536
Oxşar xəbərlər
- SOCAR ötən il 2 milyard manatdan çox xalis mənfəət əldə edib
- SON DƏQİQƏ! Benzinin qiyməti ilə bağlı "SOCAR PETROLEUM" açıqlama yaydı
- SOCAR-a yeni Baş geoloq təyin olunub
- SOCAR-dan itkin düşən əməkdaşı ilə bağlı RƏSMİ AÇIQLAMA
- Benzinin qiyməti ucuzlaşacaq? SOCAR-dan açıqlama
- "Yanacağa bəzi qatqılar əlavə edilir" - SOCAR rəsmisi
- SOCAR: "İnternetlə qazanc əldə etmək imkanları təklif etmirik"
- SOCAR: "Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib"
- SOCAR qazın qiymətinin dəyişməsinin səbəblərini açıqlayıb
- SOCAR Mübariz Mənsimovun Türkiyədəki əmlakına həbs qoydurub