Küçələrdə qan tökülməyəcək - Gözlənilən sərəncam imzalandı
16:35 12 İyun 2018
"Azərbaycan prezidentinin dünən imzaladığı sərəncama əsasən, Azərbaycan ərazisində iri və xırdabuynuzlu heyvanların kəsimi müvafiq olaraq stasionar, modul və mobil tipli müasir ət kəsimi məntəqələrində həyata keçiriləcək".
Femida.az-ın xəbərinə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin direktoru Qoşqar Təhməzli deyib.
O bildirib ki, həmin məntəqələrin müəyyənləşdirilməsi ilə bağlı yerli icra orqanları hakimiyyətlərinə müvafiq tapşırıqlar verilib: "Həm şəhər, həm də rayonlardakı əhalinin sayına görə, həm də orda yerləşən heyvandarlıq təsərrüfatlarına görə hər bir zonada neçə ət kəsimi məntəqəsinin fəaliyyətə başlayacağı müəyyən olunacaq".
Direktor iş adamlarına da müraciət edərək deyib ki, bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar Agentliyə müraciət edə bilərlər: "Bu iş inzibati qaydada deyil, mərhələli şəkildə həyata keçiriləcək. Azərbaycan ərazisində fəaliyyət göstərən ət kəsimi məntəqələrinin sayı və onların sanitar-gigiyenik vəziyyəti monitorinq olunacaq. Azərbaycan ərazisində nə qədər ət kəsimi məntəqəsinə ehtiyac olduğu müəyyənləşdiriləcək. Azərbaycanda xırda və iribuynuzlu heyvanların bütün baytarlıq-sanitar və sanitar-gigiyenik normalara və qaydalara əməl olunmaqla kəsimi və satışı təmin olunduqdan sonra küçə və meydançalardan qeyri-qanuni ət kəsimi və satışı yığışdırılacaq".
Femida.az
Oxunub: 4415
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Samsung Azerbaijan-dan aksiya: köhnə televizoru gətir və yenisini endirimlə əldə et
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Daşkəsən istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
- Gözəllik və güc. Galaxy Z Flip4 və Galaxy Z Fold4 haqqında növbəti qeydlər
- Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimiz atəşə tutulub