XİN: Ermənistan işğal siyasətini davam etdirdikcə...
23:05 12 İyun 2018
“Azərbaycan ərazilərini işğal altında saxlamaq azmış kimi, Ermənistan ianə olaraq qəbul etdiyi “İskander” taktiki-operativ raketləri ilə dövlət başçısı səviyyəsində Azərbaycanın şəhərlərini vurmaqla təhdid edir və bununla öyünməkdən utanmırdı”.
Bu sözləri XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan tərəfindən "Polenez" və LORA tipli uzunmənzilli raketlərin əldə edilməsinin Ermənistanda ciddi narahatlıq yaratmasına dair Femida.az-ın sorğusuna cavabında deyib.
O bildirib ki, Ermənistanın işğal siyasətinin davam etməsi şəraitində Azərbaycan müdafiə qabiliyyətini artırmağa davam edəcək: “Ermənistanın qeyri-sivil, təcavüzkar və militarist siyasəti, Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etməsi, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizliyi və Ermənistanın bu kimi əməllərinə ikili standartların mövcudluğu şəraitində Azərbaycan özünün müdafiəsi və vətəndaşlarının təhlükəsizliyi üçün müdafiə qabiliyyətini və imkanlarını artırır və bundan sonra da artırmaqda davam edəcək.
Əgər Ermənistan Azərbaycanın hərbi imkanlarının artmasından narahat olmaq istəmirsə, onda BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycana qarşı başladığı müharibəni dayandırmalı, işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalı və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasını təmin etməlidir. Yalnız bu halda regionda sülh və təhlükəsizlik bərqərar ola və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar yarana bilər”.
Femida.az
Oxunub: 1041
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"