Ərdoğan: "Bu gün bölgə və ölkələr üçün tarixi addım atırıq"


23:49     12 İyun 2018 erdd7.jpg

"Bu gün bölgə və ölkələr üçün tarixi addım atırıq".





Femida.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əskişəhərdə TANAP layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin bel sümüyü olan və enerjinin "İpək yolu" adlandırılan TANAP-ın açılışı gerçəkləşdirilir.

"Bu nəhəng layihənin planlaşdırılan tarixdən əvvəl həyata keçirilməsində əməyi olanları təbrik edirəm. Layihənin gerçəkləşməsi Türkiyə və Azərbaycan arasında qarşılığı etimada söykənən əlaqələr sayəsində mümkün olub”, - deyə o qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1229