"Son zəng"də şagirdlər arasında dava - Bıçaqlanan var
15:35 14 İyun 2018
Qobustanda şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb.
Femida.az-ın məlumatına görə, hadisə A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında baş verib.
Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini Rauf Təhmiraz oğlu Ağaquliyev ilə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. O, polis əməkdaşları tərəfindən axtarılır.
Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
“Son zəng” günü məktəb yoldaşını bıçaqlayan A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdi Rauf Ağaquliyev polis əməkdaşları tərəfrindən saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb./Report/
Femida.az
Oxunub: 6997
Oxşar xəbərlər
- DYP valideynlərə "Son zəng"lə bağlı xəbərdarlıq edib
- Təhsil naziri “Son zəng”i Tapqaraqoyunluda qeyd etdi
- Bu gün məktəblərdə "Son zəng" keçirilir
- Bu il məktəblərdə “Son zəng” keçiriləcək - RƏSMİ
- "Son zəng" keçirənlər cərimələndi - FOTO
- Azərbaycanda onlayn "Son zəng" keçirildi - VİDEO
- Azərbaycanda ilk dəfə virtual “Son zəng” keçiriləcək
- Azərbaycanda bu il “Son zəng” keçirilməyə bilər
- Lənkəranda "Son zəng" günü məzunlar qəzaya düşüb
- Son zəngdə qan düşdü: Şagirdlər direktorun burnunu sındırdı