Bu gün Ramazan bayramıdır


13:21     15 İyun 2018 ramazan%20ayi%207.jpg

Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Femida.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edib və Ay göründüyü andan Ramazani-şərif başlayıb.

Ramazan bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyunun 15-nə təsadüf edir.

Nazirlər Kabinetinin qərarına əsasən, ölkəmizdə Ramazan bayramı iyunun 15-i və 16-da keçirilir.

Qeyd edək ki, iyunun 15-də saat 08.00-da "Əjdərbəy", saat 09.00-da isə "Təzəpir" məscidində bayram namazı qılınacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 2352