Prokuror Əli Abbasovun qohumuna 7 il istədi


16:53     15 İyun 2018 2018/06/CC1DBA65-0EA3-4CBD-9DBA-2266B1272DFD_1529052984.jpeg

Bakı Ağır Cinayətlər Məhkəməsində güclü təsiri olan dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən şirkət rəhbəri Natiq Qasımov, Xatirə İmaməliyeva və Aidə Cəfərovanın məhkəməsi keçirilib.

Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə şahidlər dindirilib.

N.Qasımovun qaynı, kafedə kababçı işləyən Natiq Mirzəyev deyib ki, şirkət onun adına açılıb: "Etibarnamə vermişdim, mən heç nəyə qarışmırdım. Natiq qazancdan mənə pul verirdi".

Daha sonra məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı çıxış edərək N. Qasımovun 7 il, qadınların isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Azadlıqda olan qadınların məhkəmə zalında qandallanmasını tələb edib.

Proses iyunun 22-də davam etdiriləcək.

Həbsdə olan N. Qasımov "Çinar Pharmaceuticals" MMC-nin faktiki rəhbəri olub. Qadınlar isə həmin şirkətə məxsus aptekdə satıcı işləyiblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1866