Heydər Əliyev Fondundan Gürcüstana maşın hədiyyəsi
16:38 16 İyun 2018
Heydər Əliyev Fondu Gürcüstanın Bolnisi rayonuna təcili tibbi yardım avtomobili hədiyyə edib.
Femida.az xəbər verir ki, Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov avtomobili iyunun 15-də rayon rəhbərliyinə təqdim edib.
Azərbaycan-Gürcüstan dostluğundan danışan Fuad Muradov xalqlarımız arasındakı münasibətlərin nümunə olduğunu, heç kimin bu əlaqələrə zərər vura bilməyəcəyini xüsusi qeyd edib.
Qeyd edək ki, avtomobil bütün lazımi, müasir texniki avadanlıqla təmin olunub. Avtomobil reanimasiya xidmətlərini də yerinə yetirməyə qadirdir.
F.Muradov yerli sakinlərlə də görüşüb, onların qayğıları ilə maraqlanıb.
Oxunub: 2124
Oxşar xəbərlər
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Heydər Əliyev adına Sarayın direktoru işdən çıxarılıb
- Kəmaləddin Heydərov: "İlkin ehtimala görə, "Azərsun Sənaye Parkı”nda yanğın karton tullantılardan başlayıb"
- Nazir Kəmaləddin Heydərov partlayış baş vermiş obyektə gəlib
- Prezident İlham Əliyev Gəncədə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
- Heydər Əliyev Mərkəzində zefer.az saytının təqdimatı keçirilir
- Sabah Bakının Heydər Əliyev prospektində təmizlik işləri görüləcək