İstanbulda göydən pul yağdı - Vətəndaşlar axın etdi


20:05     18 İyun 2018 18_06_18_1529322881.jpg

İstanbulun Beyoğlu rayonunda bir otelin yuxarı mərtəbəsindən pulun atıldığını görən vətəndaşlar həmin əraziyə axın edərək, qısa müddətə böyük izdiham əmələ gətirib.

Femida.az xəbər verir ki, bu haqda “Huriyyet” məlumat yayıb.

Məlumata görə gecə saatlarında kimliyi məlum olmayan şəxs, otelin yuxarı mərtəbələrindən birindən külli miqdarda çin valyutasından olan əskinazları havaya buxarıb.

Hadisəni görə vətəndaşlar bir anın içində əraziyə toplanaraq, yerdəki pulları yığmağa başlayıb. İzdiham böyüdüyündən küçədə nəqliyyatın hərəkəti iflic olub.

İzdihamı dağıtmaq üçün əraziyə polis qüvvələri göndərilib. Mobil telefon kamerasının obyektivinə düşmüş həmin görüntünü təqdim edirik.

Femida.az

Açar sözlər: #Türkiyə  

Oxunub: 2243