Xaçmazda ev yanıb


20:19     19 İyun 2018 yangin186.jpg

Xaçmaz rayonunda ev yanıb.


Femida.az FHN-in saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Qusarçay kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün, bir otağının yanar konstruksiyaları və ev əşyaları 90 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1185