3 erməni hərbçisi yaralandı
16:38 20 İyun 2018
Ararat vilayətində Ermənistan ordusuna məxsus "UAZ" markalı avtomobil qəza törədib.
Femida.az xəbər verir ki, dünən saat 15:15 radələrində Ararat vilayətinin İrəvan-Yerasxavan yolunda "Ford Transit" markalı nəqliyyat vasitəsi Ermənistan ordusuna məxsus "UAZ" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində 4 nəfər bədən xəsarəti alaraq Erebuni tibb mərkəzinə yerləşdirilib. Şahidlərin sözlərinə görə, yaralılardan 3-ü hərbi qulluqçudur. Hüquq mühafizə orqanları yaralıların kimliyini araşdırır.
Femida.az
Oxunub: 1109