Xəzəri çirkləndirən şüvəlanlı cərimələndi
13:47 21 İyun 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Şüvəlan qəsəbəsi Xəzər dənizi sahilində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, araşdırma zamanı fakt öz təsdiqini tapıb. Tullantıların əraziyə Şüvəlan qəsəbə sakini Yusif Atayev tərəfindən atıldığı məlum olub.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 700 manat məbləğində cərimə edilib və ərazi tullantılar Şüvəlan bələdiyyəsi tərəfindən təmizlənib.
Femida.az
Oxunub: 1259
Oxşar xəbərlər
- Xəzərin sahilindəki istirahət mərkəzlərindən biri cərimələnib
- Xəzərin Azərbaycan sektorunda 6 ədəd gəmi minası aşkarlanıb, hərəkət dayandırılıb
- Xəzərin sahilində 20-dən çox suiti ölüsü aşkarlanıb
- Xəzərin sahilində bir neçə istirahət mərkəzi cərimələndi - SİYAHI
- Xəzərin sahil zolağını çirkləndirən şəxs cəzalandırılıb
- Xəzərin sahilində keçirilmiş növbəti monitorinqin nəticələri
- Xəzəri ən çox çirkləndirən iaşə obyektlərinin adları açıqlanıb - SİYAHI
- Xəzərin sahili sintetik torlardan təmizlənir
- Xəzərin sahilini hasarlayan vətəndaşa yazılan cərimə ləğv edilib - MƏHKƏMƏ
- Xəzərin dibində seysmoloji stansiyalar quraşdırılacaq