2 yolda hərəkət məhdudlaşdırılır


14:14     25 İyun 2018 1452928352_yol_polisi_065.jpg

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sabunçu yol qovşağından Zabrat qəsəbəsi istiqamətində və əksinə, həmçinin Ziya Bünyadov prospetinin Böyük Şor yol qovşağı ilə kəsişən hissəsində üfüqi nişanmanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.


“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Femida.az

Açar sözlər: #tBakı   #Yol  

Oxunub: 838


Oxşar xəbərlər