Kinosevərlər Bakıda ilk gerçəkləşdirdi


20:18     25 İyun 2018 2018/06/37_3059858216.jpg


Bakıda ilk dəfə açıq hava altında barbekyu-parti keçirilib.

Tədbir “CinemaPlus Amburan Mall” premium kinoteatrında təşkil olunub. Gecənin qonaqları azərbaycanlı ulduzlar, sahibkarlar, iri təşkilat rəhbərləri, aktyorlar, ifaçılar, aparıcılar, rejissorlar, produserlər, bloqqerlər, KİV və bomond nümayəndləri olub.

Kinoteatrda həmçinin musiqi müşaiyəti ilə bayram atmosferi təşkil edilib. Tədbir 2018-ci ildə “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilində dublyaj olunmuş dramatik ispan filmi - “Eskobar”ın nümayişi ilə başa çatıb.

Qeyd edək ki, “CinemaPlus Amburan Mall” premium kinoteatrı kino həvəskarlar üçün 24 saat işləyəcək. Bundan başqa “CinemaPlus” Amburan Mall-da Master İmage 3D texnologiyası tətbiq olunur.



Femida.az

Açar sözlər: #kino   #cinemaplus  

Oxunub: 948