Parada görə narazılıq edən xanıma polisdən mükəmməl cavab - VİDEO


14:39     26 İyun 2018 18_06_26_1529995250.jpg

Sosial şəbəkələrdə bir müddət əvvəl "Unibank”da ayaqyolu olmamasından şikayət edərək video yayımlayan aktrisa Tunay Əliyeva yenidən gündəmə gəlib.

Bu dəfə xanım yol polisini ittiham edən video yayımlayıb.

Görüntülərdə Bakıda keçiriləcək hərbi paradla əlaqədar olaraq bəzi küçələr bağlanıb. Xanım isə ərazidə xidmət aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşı Vüsal Qurbanov ilə mübahisə edir.

Xanım kobud şəkildə yol polisinə "yolu bağlamısan evimə gedə bilmirəm” deyir. YPX əməkdaşı isə ona sakit və mədəni şəkildə izah edir ki, yollar parada görə bağlıdır. Bir neçə gün belə olacaq. Hətta yol polisinin "əsgərlərimiz üçün bağlanıb, onlar səngərdə erməni ilə üzbəüz bizə xidmət edirlər" sözlərinə xanım "onlar mənə neyniyir ki?" deyərək cavab verib. Sonda YPX əməkdaşı xanıma piyada getməyi tövsiyə edib.

Qeyd edək ki, rəsmi dövlət tədbirləri ilə əlaqədar olaraq bəzi küçələrin bağlanacağı barədə əvvəlcədən xəbərdarlıq edilmişdi. Lakin təəsüflər olsun ki, bəzi vətəndaşlar "öz rahatlıqları üçün” narazılıq edirlər./avtosfer.az

Açar sözlər: #polis   #yol   #parad  

Oxunub: 2701