Diplomatlara qarşı cəzalar sərtləşdirildi


20:09     30 Sentyabr 2015 28025964.jpg

Azərbaycanda nöqsanlara yol verən diplomatik əməkdaşlara qarşı cəzalar sərtləşdirilir.


Femida.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” qanuna edilən dəyişikliklərdə öz əksini tapıb.

Parlamentə Prezident tərəfindən təqdim olunan təklifdə bildirilir ki, “Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə” diplomatik əməkdaşların rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər.

Mövcud dəyişikliklər səsverməyə qoyularaq qəbul edilib.

Açar sözlər:

Oxunub: 521


Oxşar xəbərlər