Sabah 5 qəsəbədə su olmayacaq


00:11     28 İyun 2018 2018/01/suolmayacaq-su-kesilecek_1516168199.jpg

Bakıətrafı kənd və qəsəbələrdə su təchizatı sistemlərinin yenidən qurulması layihələri çərçivəsində yeni tikilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar sabah gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.


“Azərsu” ASC-dən Femida.az-a verilən məlumata görə, qurum istehlakçılardan əvvəlcədən su ehtiyatı toplamaları xahiş edir. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Femida.az

Açar sözlər:

Oxunub: 553