Cəlilabadda yanğın: 5 baş heyvan tələf oldu


01:43     29 İyun 2018 yanginn.jpg

Cəlilabad rayonunda yanğın olub.

Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Privolnoye kəndində ümumi sahəsi 240 kv.m olan tövlənin (taxta atmalar və dəmir örtükdən ibarət) taxta atmaları 200 kv.m sahədə və içərisinə yığılmış 7 ton ot bağlamasının 3 tonu yanıb.

Yanğın zamanı tövlənin içərisində olan 5 baş iri buynuzlu heyvan tələf olub. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 433