Bələdiyyələrlə bağlı qanunlara dəyişiklik edilib


22:51     30 Sentyabr 2015 5620aa322308a6ce0aab57300a8b75671.jpg

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında bir mövzu üzrə bir neçə qanuna dəyişiklik müzakirəyə çıxarılıb.


Femida.az-ın məlumatına görə, bunlar “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Torpaq islahatı haqqında”, “Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə”, “Torpaq bazarı haqqında” qanun layihələrinə dəyişikliklərdir.

Dəyişikliyə əsasən, qanunlarda “yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların” sözləri “bələdiyyə yollarının və təsərrüfatdaxili yolların” sözləri ilə əvəz edilir. Layihələr səsə qoyularaq qəbul olunub.

Açar sözlər:

Oxunub: 688