Ev və maşın yanıb


15:37     02 İyul 2018 2015-05-22-09-04-06fhn-masin-liderxeber-yangin-64014.jpg

Bakının Binəqədi rayonunda yanğın olub.



Femida.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 100 m2 olan talvarın yanar konstruksiyaları, altında dayanmış “VAZ” markalı minik avtomobilinin yanar hissələri və talvara bitişik ümumi sahəsi 100 m2 olan birmərtəbəli 4 otaqlı evin çardağının taxta atmaları 30 m2 sahədə yanıb.

Yüksək temperaturdan 1 otağın və mətbəxinin lambirdən ibarət tavanı 30 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 326