General deputatın qardaşı oğlunu işdən çıxardı


19:03     02 İyul 2018 18_07_02_1530529083.jpg


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi təqaüdə göndərilib.

Femida.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik Namiq Hüseynov xidmətlə olmanın son yaş həddinə görə təqaüdə çıxıb.

Onun yerinə həmin vəzifəyə polkovnik Vüsal Babayev təyin olunub.

Xəbəri saytımıza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, təqaüdə göndərilən Namiq Hüseynov respublikanın keçmiş Hərbi Komissarı, millət vəkili Əliağa Hüseynovun qardaşı oğludur.





Femida.az

Açar sözlər: #deputat   #general  

Oxunub: 1733