“Sumqayıtda heç bir etiraz olmayıb” - AÇIQLAMA


19:57     12 May 2015 11226917_815547161855753_8328181641274532153_n.jpg

Sumqayıtda evlərinin sökülməsinə etiraz olaraq şəhid ailələrinin yolları bağlaması barədə mediada məlumat yayılıb.


Məlumata görə evlərinin sökülməsinə etiraz edən şəhid ailələri şəhərin əsas küçəsi olan Sülh küçəsini bağlayıblar. Hadisəylə bağlı Sumqayıt şəhər Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Tərlan Hacızadə ilə əlaqə saxladıq. Femida.az-a açıqlamasında Tərlan Hacızadə bunları bildirdi:

“Mən hazırda şəhərdən kənardayam. Ancaq hadisə ilə bağlı telefonla əlaqə saxladım. Belə bir hadisənin baş verməsi öz əksini tapmadı. Ola bilər ki, bu kiminsə qəsdən mətbuata ötürdüyü məlumatdı. Bizdə belə bir hadisə olmayıb”.

Açar sözlər:

Oxunub: 1119


Oxşar xəbərlər