İki rayonda yanğın olub


20:14     05 İyul 2018 yangin14.jpg

Bu gün Şabran və Siyəzən rayonlarında taxıl və örüş sahələrində yanğın baş verib.



Femida.az-ın verdiyi məlumata, yanğın Şabranın Ağbaş, Siyəzənin Eynibulaq kəndləri ərazisində qeydə alınıb.

18 hektar biçilməmiş buğda, 30 hektar biçilmiş taxıl sahəsi, 240 hektar örüş sahəsi yanıb. Hava küləkli olduğundan alov qısa müddət ərzində dağlıq ərazilərə yayılıb. Sakinlərə məxsus əkin və otlaq sahələri də yanıb.

Yanğının söndürülməsi üçün əraziyə Şabran, Siyəzən və Xızı rayonlarının yanğından mühafizə hissəsinin yanğınsöndürmə briqadaları cəlb olunub, alov söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 403