Ramazan Abdulatipov: "Xəzər fəlakətin astanasındadır"


16:42     06 İyul 2018 ramazan_abdulatipov_00.jpg

“Xəzər dənizinin hüquqi statusu dövlət başçılarının yaxın vaxtlarda Astanada keçiriləcək görüşündə razılaşdırıla bilər”.



Femida.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası prezidentinin Xəzər ölkələri ilə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov deyib. O bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı 5 ölkə ( Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran) arasında artıq 25 ildir müzakirələr gedir və nəhayət, bütün tərəflərin razılığa gələ biləcəyi məqam yetişib: “Tamamilə mümkündür ki, Astanada gözlənilən sammitdə Konvensiyanın imzalanması baş versin”.

R. Abdulatipovun sözlərinə görə, bu sənəd olmadan aktiv iqtisadi əməkdaşlıqdan danışmaq çətindir. O hesab edir ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində gecikmənin davam etməsi ekoloji problemlərin ağırlaşmasına gətirib çıxaracaq: "Bir sıra istiqamətlər üzrə Xəzər fəlakətin astanasındadır, bir neçə il əvvəl imzalanmış Tehran Konvensiyası isə o qədər də effektiv işləmir".

Femida.az

Açar sözlər:

Oxunub: 670