47 yaşlı kişi günvurmadan öldü - Bakıda


13:13     07 İyul 2018 18_07_07_1530940499.jpg


Bakıda günvurmadan ölüm hadisəsi qeydə alınıb.

Femida.az xəbər verir ki, 1971-ci il təvəllüdlü Rövşən Dadaşov Yasamal rayonunda gün vurması nəticəsində özünü pis hiss edərək halsız vəziyyətdə yerə yıxılıb.

Zərərçəkmiş ərazidə xidmət çəkən Yol Patrul Xidmətinin əməkdaşlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlər onun günvurmadan əziyyət çəkdiyini müəyyən edib. Tibbi müdaxiləyə baxmayaraq, o, dünyasını dəyişib.

Fakt araşdırılır.

Femida.az

Açar sözlər: #günvurma   #ölüm   #Bakı  

Oxunub: 864