Evdən qumbara, dini broşuralar tapıldı


16:40     07 İyul 2018 2018/07/qumbara-f1_1530952665.jpg

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sumqayıtda əməliyyat keçirib.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Mahir Əzizovun Sumqayıt şəhəri ərazisində kirayədə yaşadığı mənzildən 2 ədəd “F-1” qumbarası, 15 ədəd dini məzmunlu broşura və 10 ədəd CD disk aşkar edilərək götürülüb.

Dini broşura və CD disklər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təhvil verilib.

Femida.az

Açar sözlər: #DİN   #Polis   #Qumbara  

Oxunub: 1413