Jirinovski Ərdoğanın inaqurasiyasına gedir


17:22     07 İyul 2018 18_07_07_1530953615.jpg

Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri Vladimir Jirinovski 24 iyunda prezident seçkilərində qalib gəlmiş Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasimində iştirak edəcək.



Femida.az bildirir ki, bu barədə TASS məlumat yayıb.

Partiyanın mətbuat xidmətindən bildiriblər ki, Vladimir Jirinovski 8 iyulda saat 17:00-da Ankaraya gələcək. O, 9 iyulda Türkiyə prezidenti R.T.Ərdoğanın inaqurasiya mərasimində iştirak edəcək.

Mətbuat xidmətindən onu da bildiriblər ki, Jirinovskini Ərdoğan şəxsən dəvət edib. Onu RLDP-dən digər deputatlar-Vasiliy Vlasov, Dmitri Savelyev və Boris Çernışov müşayiət edəcəklər.

Açar sözlər:

Oxunub: 491