İlham Əliyev: "Ermənistanda korrupsioner, qaniçən hakimiyyət tam iflasa uğradı"
02:09 10 İyul 2018
Ermənistanda kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı.
Femida.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib: "Ermənistanda 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən , BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham eləmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir. İndi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış, oğru rejimidir. İndi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir".
İlham Əliyev əlavə edib ki, bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi əslində Ermənistanın dövlətçiliyinin iflasıdır:
"Çünki əgər müstəqilliyinin 26 ilinin 20 ili bu hakimiyyətin altında keçmişdirsə, onda bu dövlətin hansı müsbət cəhətləri var? Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları oğrulardır. Onların generalları oğrulardır. Onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir".
Femida.az
Oxunub: 522
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"