Tsereteli yenidən ATƏT PA-nın prezidenti seçildi


20:45     11 İyul 2018 18_07_11_1531313143.jpg

Giqi Tsereteli yenidən ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti seçilib.



Femida.az xəbər verir ki, bu barədə qərar ATƏT PA-nın Berlində keçirilən 27-ci illik sessiyasında qəbul olunub.

Gürcüstanın “Avropalı Gürcüstan” partiyası isə onun liderlərindən olan G.Tseretelinin ATƏT PA-nın prezidenti seçilməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda partiya liderlərindən biri olan siyasətçinin yüksək vəzifəyə seçilməsi Gürcüstanın böyük uğuru kimi qiymətləndirilib.

Açar sözlər:

Oxunub: 491