Axtarışa verilən qadının meyiti tapıldı


01:20     12 İyul 2018 2018/07/CC096A83-7594-450C-8022-C047325EC377_1531330425.jpeg

Xaçmaz rayonu ərazisində itkin düşən 67 yaşlı Sumqayıt şəhər sakininin meyiti tapılıb.

Femida.az-ın verdiyi məlumata görə, Xaçmazın Padar kəndinə qonaq gələn 67 yaşlı Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Şıxvəliyeva Pəri Qubad qızının meyiti əkin sahəsində aşkarlanıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, yaşlı qadın iyulun 8-i, axşam saatlarında itkin düşmüş və axtarışa verilmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 560


Oxşar xəbərlər