Ələtəki qəzada yaralanan 10 nəfər xəstəxanalardadır
14:10 12 İyul 2018
Bu gün səhər saatlarında Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda baş verən ağır avtobus qəzası nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
Femida.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər 1 saylı Respublika Klinik Xəstəxanasına, 2 nəfər isə Ələt qəsəbəsində yerləşən poliklinikaya yerləşdirilib.
Hadisə yerində 3 nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
P.Əbubəkirov bildirib ki, təcili yardım briqadası hadisə yerinə gələnə qədər sərnişinlərdən olan 1 nəfər qadın dünyasını dəyişib.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib.
"90-OJ-802" DQN yük maşını "10-TF-383" DQN sərnişin avtobusuna çırpılıb. İlkin məlumata əsasən, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə sərnişin avtobusu bir neçə dəfə aşıb.
Femida.az
Oxunub: 517
Oxşar xəbərlər
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda özəl klinikada ərəb turist ölüb
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Bakıda klinikaya cərimə protokolu yazılıb
- Azərbaycanda daha bir özəl klinika vətəndaşlara pulsuz xidmət göstərəcək
- “Avrasiya" klinikasına cərimə protokolu yazılıb
- "Yeni Klinika”nın sabiq direktorunun məhkəməsində vəkillər çıxış edib
- Almaniyada klinikalara kömək üçün 12 min hərbçi səfərbər ediləcək
- Elnur Əşrəfoğlu ECMO cihazından ayrılıb" - "Yeni Klinika"
- "Yeni Klinika" Rafael Cəbrayılovun ölümü ilə bağlı məlumat yayıb