Gədəbəy sakinləri DİQQƏT - Səyyar klinika gəlir

Gədəbəy sakinləri DİQQƏT - Səyyar klinika gəlir

14:29     12 İyul 2018 18_07_12_1531391361.jpg


Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası iyulun 12-dən 14-dək Gədəbəy rayonunda humanitar aksiyalar keçirəcək.

12-13 iyul tarixlərinə Gədəbəy sakinləri müayinə ediləcək, 14 iyulda isə cərrahi əməliyyatlar aparılacaq.

Mərkəzin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov bildirib ki, burda əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır. Onun sözlərinə görə, Mərkəzin Səyyar Klinikası ən son texnoloji avadanlıqlarla təchiz olunub. Səyyar xidmətdə həkim-oftalmoloqlar, anestezioloqlar, rezident-həkimlər, tibb bacıları və texniki heyətdən ibarət geniş səyyar briqada iştirak edir.
Xatırladaq ki, 2005-ci ildən bu günə kimi Səyyar Klinika respublikanın rayon və şəhərlərində onlarla tibbi aksiya keçirib.

Femida.az

Açar sözlər: #göz   #səhiyyə  

Oxunub: 190