Türkiyədən Azərbaycana daha bir qardaşlıq nümunəsi
23:42 14 İyul 2018
İstanbulun yeni hava limanından həyata keçiriləcək ilk reyslərin istiqamətləri açıqlanıb.
Femida.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Türkiyə Hava Yolları”nın baş direktoru Bilal Ekşi yeni hava limanından ilk uçuşun 31 oktyabrda baş tutacağını açıqlayıb.
İlk reys ölkə daxilində Ankaraya, xaricdə isə Azərbaycana və Şimali Kiprə yerinə yetiriləcək.
Direktorun sözlərinə görə, üçüncü hava limanında işlərin təqribən 90 faizi başa çatıb və 29 oktyabra qədər bütün işlər yekunlaşdırılacaq:
“Atatürk hava limanından daşınma 31 oktyabrda yerli vaxtla gecə saat 02:00-da başlayacaq və 12 saat davam edəcək. Daşınmada 800 TIR istifadə ediləcək. 120 təyyarə boş olaraq yeni hava limanına hərəkət edəcək. Ölkə xaricindəki təyyarələr isə İstanbula qayıdarkən birbaşa yeni hava limanına enəcək.
Qeyd edək ki, Atatürk hava limanı “Millət baxçası”na çevriləcək.
Oxunub: 503
Oxşar xəbərlər
- Türkiyədən dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var
- Türkiyədən gətirilən bu maddələrdən vergi tutulmayacaq
- Türkiyədən Azərbaycana yeni minatəmizləyən avadanlıqlar gətirilib - VİDEO
- Türkiyədən gətirilən hind quşu qiyməsi yararsız çıxıb
- Türkiyədən Azərbaycana yeni mühəndis texnikası gətirilib
- Türkiyədən daha 136 nəfər minatəmizləyən Azərbaycana gəlib
- Türkiyədən Azərbaycana sement ixracı azalıb
- Türkiyədən Ermənistana: PKK-YPG terrorçuları Qarabağı tərk etməlidir
- Türkiyədən Azərbaycana işləmək üçün gələnlərin sayı artıb
- Türkiyədən daha 178 Azərbaycan vətəndaşı təxliyə edildi