Yaşlı qadının 68 manatını oğurladı - FOTO


16:29     18 İyul 2018 2018/07/7be3cff0585974ddd0ae27d37bf601f7_1531902649.jpg

Bakıda ahıl qadının 68 manat və mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.




Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonunda ahıl yaşlı qadına qarşı soyğunçuluq edilib. Bu barədə zərərçəkən Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verib. Zərərçəkən izahatında R.Rüstəmov küçəsində naməlum şəxsin ona qarşı zor tətbiq etdiyini və əlindəki içərisində 68 manat və bir ədəd mobil telefonu olan çantasını götürərək hadisə yerindən qaçdığını bildirib.




Məlumat ərazi üzrə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə daxil olan kimi dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb.


Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Hacıyev Qabil Əleyman oğlu saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.




Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya 25-ci Polis Şöbəsinə müraciət edə bilərlər.


Femida.az

Açar sözlər: #Polis   #Qadın   #DİN   #Soyğun  

Oxunub: 386