Xəzər RPİ-də din xadimləri ilə görüş keçirildi


15:30     19 İyul 2018 2018/07/BZMR8865_1531985514.jpg


Ötən gün Xəzər rayon polis idarəsinin əməkdaşları ilə Xəzər rayonunda yaşayan və fəaliyyət göstərən din xadimlərinin, axundların, mollaların və digər dindarların görüşü keçirilib.


Görüş zamanı Gəncə hadisələri və Respublikada baş verən son olaylar geniş müzakirə olunub. Qızışdırıcı mövqe tutan dini radikalizm qətiyyətlə pislənilib.

Qərara alınıb ki, əhali arasında bu yöndə geniş təbliğat və maarifləndirmə işləri aparılsın, dini radikalların və separatizmin aşkarlanması üçün məqsədyönlü iş görülsün.



Femida.az

Açar sözlər: #polis   #DİN   #Xəzər  

Oxunub: 933