“Əli Kərimlinin adamıyam” deyib rüşvət təklif etdi


22:53     02 Oktyabr 2015 alikerimli20158741002.jpg

Özünü Əli Kərimlinin adamı kimi təqdim edən şəxs AXCP Etimad Qurultayı Təşkilat Komitəsinın Beyləqan şöbəsinin Məclis üzvü Əli Sarıyevə rüşvət təklif edib.


Femida.az xəbər verir ki, bu barədə cebhe.info-ya Əli Sarıyev özü məlumat verib.

Əli Sarıyev bildirib ki, sentyabrın 28-də özünü Məhəmməd deyə təqdim edən şəxs ona zəng edərək, Əli Kərimlini dəstəkləməsini istəyib:

“Məhəmməd adlı biri mənə zəng edib, Əli Kərimovçu olduğunu dedi. Hal-əhval tutduqdan sonra “Sizə Razi Nurullayev pul verib. “Onu da geri qaytarmadan gəlin bizimlə gorüşək, biz sizə 2 min manat verəcəyik, bəyanat verin, keçin biz tərəfə” dedi. Mən bu adama bir daha mənə zəng etməməsini, Razi Nurullayevdən pul alınması xəbərinin həqiqətə uyğun olmadığını, yalançı, şantaj və böhtan kampaniyalarına son qoymalarını tələb etdim. “Əli Kərimlinin övladları xaricdə kef edir, adınızı da müxalifət qoymusuniz”, deyərək telefonu söndürdüm”.

Məclis üzvü mövqeyindən çəkilməyəcəyini və Etimad Qurultayını dəstəklədiyini vurğulayıb: “Mən xalqın AXCP-sindəyəm, öz haqq yolumda, Razi Nurullayevin yanındayam”.

Açar sözlər:

Oxunub: 839


Oxşar xəbərlər