İki qardaşın faciəvi ölümü ilə bağlı DİN-dən açıqlama


16:19     23 İyul 2018 din-den%20seyyar%20xidmet.jpg

Cəlilabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyulun 22-də saat 5 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Masallı rayon sakinləri Fariz Novruzlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə Tural Mirzəyevin idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “M” markalı motosiklet toqquşub.

Nəticədə T. Mirzəyev və sərnişini, qardaşı Yalçın hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Açar sözlər:

Oxunub: 918