"Mnatsakanyan daha peşəkardır" - Məmmədyarov onu Nalbandyanla müqayisə etdi
17:20 25 İyul 2018
“Zöhrab Mnatsakanyan Edvard Nalbandyandan daha peşəkar diplomatdır”.
Femida.az-ın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında jurnalistin yeni ermənistanlı həmkarı ilə bağlı təəssüratları, Z. Mnatsakanyan və E. Nalbandyanın nə ilə fərqləndiklərini barədə sualını cavablandırarkən deyib.
E. Məmmədyarov bildirib ki, ötən görüş Zöhrab Mnatsakanyan ilə onun ilk görüşü idi və onlar bir-birilərini tanımağa çalışıblar. O ki qaldı fərqə, E. Məmmədyarov yeni həmkarının daha peşəkar diplomat olduğunu söyləyib.
Xatırladaq ki, iyulun 11-də Brüsseldə E. Məmmədyarov və Z. Mnatsakanyan arasında görüş keçirilib.
Femida.az
Oxunub: 1426
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"