Əfqanıstandakı sülhməramlıların bir qrupu Azərbaycan qayıdıb


17:12     26 İyul 2018 18_07_26_1532596587.jpg

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Bu barədə Femida.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.



Femida.az

Açar sözlər: #sqlhməramlı   #Əfqanıstan   #NATO   #əsgər   #ordu  

Oxunub: 569


Oxşar xəbərlər