ABŞ bu şəxslərə pasport verilməsini dayandırdı


15:06     29 İyul 2018 2018/07/2998A162-E5EA-4D48-9047-4E11BC46AF41_1532848328.jpeg

ABŞ-da qəsdən vergi ödəməyən şəxslərə xarici pasport verilməsi dayandırılıb.

Daxili Gəlirlər Xidmətinin qiymətləndirməsinin nəticələrinə görə, bu tədbir 362 mindən artıq vətəndaşı əhatə edəcək.

Qanunda göstərilir ki, vergi orqanları Dövlət Departamentini vergi borcu 51 min dollardan artıq olan şəxslər barədə məlumatlandırmalıdır. Bu tədbir çərçivəsində xarici siyasət idarəsinə də həmin şəxslərə pasportların verməsi və ya onların pasportlarının müddətinin uzadılması qadağan edilib. Bununla yanaşı, Dövlət Departamenti əlində pasport olan vergi qaçaqlarının pasportlarını ləğv etməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 317