Cəbhədən son xəbər
14:25 01 Avqust 2018
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub.
Femida.az -ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Baş Qərvənd, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Oxunub: 717
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı cəbhədəki son durumu açıqlayıb
- Ukrayna Baş Qərargahı cəbhədəki son durumu açıqlayıb
- Ukrayna Baş Qərargahı cəbhədəki son vəziyyəti açıqlayıb
- Ukrayna Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb
- Vətən müharibəsində ön cəbhədə fədakarlıq göstərmiş tibb işçilərinə veteran adı veriləcək
- Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumla bağlı məlumat yayıb
- Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb
- "Taliban" ilə Müqavimət Cəbhəsi toqquşub
- Ermənilər Tovuz istiqamətində mövqelərimizi atəşə tutub
- Cəbhəyanı ərazilərdə minalar, bombacıqlar aşkarlandı