Təmas xəttində yoxlama olacaq


18:33     01 Avqust 2018 monitorinq%20basa%20catdi.jpg

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 2-də Füzuli rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.


Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndə Anjey Kaspşik və onun səhra köməkçisi Gennadi Petrika keçirəcəklər.

Femida.az

Açar sözlər: Monitorinq   Cəbhə   Qarabağ   ATƏT  

Oxunub: 411