Akif Çovdarovun ailə üzvləri məhkəmədən nə istəyir?


20:10     01 Avqust 2018 covdarov76.jpg

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun oğlu, qızları və həyat yoldaşı Ali Məhkəməyə müraciət ediblər.


Femida.az -ın xəbərinə görə, A. Çovdarovun oğlu Ruslan Çovdarov, qızları Aidə Qasımova, Günay Əmircanova və yoldaşı İbadət Çovdarova kassasiya şikayəti veriblər.


Onlar əmlaklarının üzərindən həbsin götürülməsini istəyirlər.


Onların şikayətləri Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun icraatına verilib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmündən Ruslan Çovdarov, qızları Aidə Qasımova, Günay Əmircanova və yoldaşı İbadət Çovdarova apelyasiya şikayəti versələr də, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onların kasasiya şikayətləri təmin edilməyib.

Açar sözlər: #Akif_Çovdarov   #Məhkəmə  

Oxunub: 929