Türkiyə siyasi partiyaları ABŞ-a qarşı birləşdi
21:37 02 Avqust 2018
Türkiyə Böyük Millət Məclisində (TBMM) mandata sahib Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyətçi Hərəkat Partiyası və İYİ Partiya birgə bəyanat yayaraq, Vaşinqtonun türkiyəli 2 nazirə qarşı sanksiya tətbiq etməsini kəskin qınayıblar.
Femida.az xəbər verir ki, 4 siyasi partiyanın verdiyi birgə açıqlamada bildirilir ki, “ABŞ-ın təhdidlərinə xalqımızın ortaq həmrəyliyi və qətiyyəti ilə “yox” deyirik. Türkiyə hökumətinin iki nazirinə qarşı ABŞ-ın sanksiya qərarına şiddətlə etiraz edirik.” Ortaq bəyanatda həmçinin, Vaşinqtonun bu addımının iki ölkə arasındakı münasibətlərin müttəfiqlik xarakterinə də zidd olduğu vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmilər də qərara etiraz ediblər. Çavuşoğlu bəyan edib ki, ABŞ-ın heç bir məqsədə xidmət etməyən bu addımı qarşılıqsız qalmayacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Türkiyədə həbsdə olan amerikalı keşiş Endryu Bransonun azad edilməyəcəyi təqdirdə Ankaraya qarşı sanksiyaları istisna etməmişdi. Nəticədə ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib. Vaşinqtonun bu addımı onsuz da nahamar olan ikitərəfli münasibətlərdə gərginliyi daha da artırıb.
Amerikalı keşiş Endryu Branson hazırda Türkiyədə ev dustağıdır. O, Türkiyədə terroru dəstəkləməkdə, həmçinin FETÖ və PKK terror təşkilatlarılə əməkdaşlıqda ittiham olunur. Vaşinqton onun azadlığa buraxılmasını tələb etsə də, Ankara keşişin həbsinin qanuni olduğu və kifayət qədər dəlillərə əsaslandığını bildirir.
Femida.az
Oxunub: 352
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib
- Türkiyə və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalayacaq